SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda hər 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayı azalıb. Belə ki, əvvəlki illərdə hər 100 nəfərə 15 sabit telefon abunəçisi düşürdüsə, 2022-ci ildə bu rəqəm 14 olub.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi (DSK) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) birgə əməkdaşlığı ilə “Azərbaycanda Rəqəmsal İnkişaf. Faktlar. Təhlillər. Rəqəmlər” adlı statistik göstəricilər toplusunda əks olunub.

Məlumata əsasən, ölkəmizdə sabit telefon abunəçilərinin sayı 2020-ci ilədək hər il mütəmadi olaraq artsa da, son illərdə həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində bütün ölkə üzrə yüksəksürətli internet xidmətlərinin əhatə dairəsi ilbəil genişləndiyindən, xüsusilə layihə çərçivəsində quraşdırılan GPON (gigabitpassiv optik şəbəkə) texnologiyası ilə internet xidmətlərindən istifadə edilməsi üçün telefon xidmətinin aktiv edilməsinin vacib olmaması, həmçinin OTT (Over The Top) xidmətlərinin mobil tətbiqlər üzərindən inkişaf etməsi səbəbindən sabit telefon abunəçilərinin sayında bir çox ölkələrdə olduğu kimi ölkəmizdə də azalması müşahidə olunub.

BAKU.WS