SİZİN REKLAM BURADA!
055 213 76 73


“Həzi Aslanov” stansiyasında işlər mərhələli şəkildə aparılacaq.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində “Bakı Metropoliteni”QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, Birinci mərhələdə stansiyanın sərnişinlər üçün bağlanması gündəmdə deyil. Lakin qatarların hərəkət qrafiki dəyişdiriləcək.

“Həzi Aslanov və “Əhmədli” stansiyaları arasında məkik, yəni “Cəfər Cabbarlı-Xətai” sahəsində olduğu kimi hərəkət təşkil ediləcək. Stansiyanın bağlanması yalnız onun platforma səviyyəsi və digər infrastrukturunun təmiri zamanı ola bilər", - deyə o, əlavə edib.

BAKU.WS