SİZİN REKLAM BURADA!
055 213 76 73


“BakuBus” MMC Heydər Əliyev Beynəlxalq Hava Limanına hərəkət edən ekspres avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edib.

BAKU.WS xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb.

Bildirilib ki, “Hava limanı - “Koroğlu” metro stansiyası - “28 may” metro stansiyası” marşrutu üzrə fəaliyyət göstərən “Aeroport Express” noyabrın 1-dən etibarən 30 dəqiqə hərəkət intervalı ilə gecə saat 01:00-ə qədər fəaliyyət göstərməyə başlayıb.

İndiyə qədər həmin avtobuslar 1 saatlıq intervalla saat 06:00-dan 00:00-a qədər xidmət göstərirdi.

BAKU.WS