2023-cü ilin ilk Nobel mükafatı laureatları açıqlanıb - FOTO

02
okt
2023
16:37
Stokholmdakı İsveç Kral Elmlər Akademiyası 2023-cü ildə "Fiziologiya və ya tibb" nominasiyası üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Mükafatı koronavirus peyvəndinin hazırlanmasında əvəzedilməz xidmətləri olan macar biokimyaçı Katalin Kariko və amerikalı alim Dryu Veysman alıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə Nobel komitəsinin "X" sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilir ki, alimlər Nobel mükafatını "nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərinə görə" alıblar.
Bu kəşf mRNT vaksinlərinin hazırlanmasına imkan verir.

Oxşar xəbərlər
Tanınmış azərbaycanlı alim ömürlük mükafata layiq görülüb - FOTO
Münhendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan dünya şöhrətli ilk azərbaycanlı alim, Azərbaycanın Əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadad...
