Sosial şəbəkədəki oyunu oynayan yeniyetmə öldü
Yeni Zelandiyada faciəvi hadisə baş verib.
BAKU.WS xəbər verir ki, ölkənin Şimal adasında yerləşən "Palmerston North" şəhərində Rayan adlı yeniyetmə sosial şəbəkədəki trend oyunu oynayarkən ölüb.
Bu oyunun qaydalarına görə, oyunçu bir neçə nəfərdən ibarət komanda yaradır. Daha sonra heç bir vasitədən istifadə etmədən hər bir iştirakçı qaçaraq bir-biriilə toqquşmalıdır.
Rayan da "Run It" adlı bu oyunu öz dostları ilə oynayıb. Oyun zamanı başından ağır zərbə alıb və xəstəxanaya aparılan zaman həyatını itirib.
Mütəxəssislər bu hadisəni faciə kimi qiymətləndiriblər.
Yerli mediada yayılan xəbərlərdə, vətəndaşlara bu oyuna görə xəbərdarlıq edildiyi qeyd edilib.
Oxşar xəbərlər
İran Səudiyyə Ərəbistanındakı bazada yerləşən beş ABŞ təyyarəsinə ziyan vurub
Səudiyyə Ərəbistanında yerləşən və Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrinin də istifadə etdiyi Şahzadə Sultan hərbi bazasına İran tərəfindən həyata...