Bakıda müəllim 1-ci sinif şagirdinin ağzına skoç vurdu - ARAŞDIRMA APARILIR

May ayının 27-də Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən məktəblərin birində qeydə alınan və sosial şəbəkələrdə yayılan məsələ ilə bağlı ərazi üzrə polis orqanına şagirdin valideyni vətəndaş İ.Yusiflinin müraciəti daxil olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli BAKU.WS-ə bildirib ki, şikayətlə bağlı valideyn, eləcə də məktəbin ibtidai sinif müəllimi S.Bəndəliyevanın ərizə və izahatları alınıb. Hazırda məsələ ilə bağlı Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.
***15:27
Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbdə qalmaqallı hadisə baş verib.
BAKU.WS-in "qaynar xətt"inə daxil olan məlumata görə, ibtidai sinif müəllimi 1-ci sinif şagirdinin ağzına skoç yapışdırıb. Hadisə ilə bağlı şagirdin atası redaksiyamıza şikayət edib.
Valideynin sözlərinə görə, hadisənin görüntüləri mövcuddur və həmin videoda müəllimin uşağın ağzına skoç vurduğu aydın görünür.
Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə BAKU.WS-ə bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır.
Məktəb rəhbərliyinə qanunauyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Gəncədə zəncirvari qəza olub, xəsarət alan var
Gəncədə yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Mercedes", "Chevrolet" və daha iki minik avtomobili toqquşub. Qəzada 1976-cı...
