Azərbaycanlı iş adamının klubuna Rusiya Premyer Liqasında çıxış üçün lisenziya verilmədi

Azərbaycanlı iş adamının klubuna Rusiya Premyer Liqasında çıxış üçün lisenziya verilmədi
Dünya 59

Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus "Ximki" klubuna Rusiya Premyer Liqasında oynamaq üçün lisenziyanın verilməməsinə dair qərar qüvvədə saxlanılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFİ) mətbuat xidməti açıqlama yayıb.

Bundan əvvəl "Ximki", "Çernomorets" və "SKA-Xabarovsk" 2025/26 mövsümündə Premyer Liqada mümkün iştirak üçün lisenziya ala bilməyiblər.

Daha sonra Ximki təmsilçiləri bu qərardan apellyasiya şikayəti veriblər.

Çərşənbə günü, mayın 28-də RFİ Apellyasiya Komitəsinin iclası keçirilib.

İclasda "Ximki" futbol klubunun apelyasiya şikayətinin rədd edilməsi və RFİ-nin lisenziya komissiyasının "Ximki"yə 2025/2026-cı il idman mövsümündə Premyer Liqada (RPL) mümkün iştirak üçün lisenziyanın verilməsindən imtina barədə qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilib .

Ötən RPL mövsümünün yekunlarına görə, "Ximki" klubu 12-ci sıranı tutaraq, yüksək diviziondakı yerini qoruyub. Maqomed Adıyevin komandası 30 görüşdən 29 xala malikdir.

RPL-in yeni mövsümündə oynamaq hüququ uğrunda "Soçi" və "Pari NN", həmçinin "Ural" və "Axmat" klubları mübarizə aparacaq. İlk pley-off oyunları mayın 28-də, cavab görüşləri isə mayın 31-də baş tutacaq. İlk oyunların ev sahibləri Birinci Liqanın komandaları olacaq.

Son xəbərlər