Baku TV AXC-nin elan edildiyi binada: "Azərbaycan layiqli uğurlara imza atdı"

107 il öncə Azərbaycan Xalq Cümhuriyyəti qonşu Gürcüstanda elan edilib.
Paytaxt Tbilisidə yerləşən tikili hazırda Gürcüstanın Milli Gənclər Sarayı kimi fəaliyyət göstərir. AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə də yerləşdirilib.
Baku TV-yə müsahibə verən gürcü politoloq Badri Naçkebia Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün Azərbaycanın aparıcı dövlətlərdən biri olduğunu vurğulayıb.
"Bizim qardaş xalqın, qardaş ölkə Azərbaycanın Müstəqillik Günüdür. Sevindirici haldır ki, uzun illərə dayanan strateji tərəfdaşlığımızı bu gün də davam etdiririk və bu əlaqələr günbəgün inkişaf edir. Azərbaycanın müstəqilliyinin elan edildiyi binanın önündə dayanmışıq və bu bizim üçün qürurvericidir. Öz müstəqilliyini Tbilisidən elan edən Azərbaycan bu müstəqillik yolunda olduqca layiqli uğurlara imza atdı. Bu gün birbaşa olaraq deyə bilərəm ki, Azərbaycan Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində bütün sahələrdə çox böyük nailiyyətlər qazanıb. İstər siyasi, istərsə də iqtisadi baxımdan Azərbaycan aparıcı dövlətlərdən biridir. Mən Azərbaycana daha böyük uğurlar, ölkələrimiz arasında əlaqələrin daha da güclənməsini və daha uca zirvələri fəth etməyi arzulayıram!" - politoloq qeyd edib.
Onu da bildirək ki, hazırda tarixi binada təmir işləri aparılır. Bir neçə ildir ki, davam edən prosesin yaxın vaxtlarda başa çatacağı gözlənilir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Hakan Fidan: "Rusiya ABŞ-nin gözündə əlverişsiz vəziyyətə düşə bilər"
"Rusiya və Ukraynanın mümkün atəşkəs rejiminin həyata keçirilməsinə dair fərqli tələbləri var və hazırda bu məsələlər razılaşdırılmalıdır". Bu barədə TRT teleka...
