2027-ci ildən uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta hesabına aparıla bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsinin 2027-ci ildən başlayaraq İcbari Tibbi Sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Baş nazirin sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində gələn ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcək.
Ə.Əsədov həmçinin xatırladıb ki, əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur.
Oxşar xəbərlər
Pediatrdan mövsümi xəstəliklərlə bağlı ÇAĞIRIŞ
"Mövsümi keçidlər insan orqanizminə fiziki, həm də psixoloji təsir göstərir. Həkimlər "mövsümi keçidlər" dedikdə, iki əsas payız-qış və yaz-yay fəsillərinin dəy...