2020-ci ildə AppGallery-də TƏTBİQLƏR 384,4 mlrd DƏFƏ YÜKLƏNİLİB
2020-ci ildə Huawei ekosistemi sürətli artım nümayiş etdirib – AppGallery-də yükləmələrin sayı 83%, ayda aktiv istifadəçilərin sayı isə 33% artıb.
Dünyada ən böyük üç tətbiq mağazasından biri olan AppGallery cəmi bir il ərzində göstəricilərini 1,5 dəfədən daha çox artırmağa müvəffəq olub. Hal-hazırda platformada 2,3 mln tərtibatçı qeydiyyatdan keçib, bu isə 2019-cu illə müqayisədə 77% daha çoxdur. AppGallery-nin qlobal autoditoriyasını 530 mln aktiv istifadəçi təşkil edir.
2020-ci ildə AppGallery-də tətbiqlər 384,4 mlrd dəfə yüklənilib, 2019-cu ildə isə bu göstərici 147 mlrd təşkil edib. Bu cür artım ilk növbədə platformadakı oyunların sayının artması ilə əlaqəlidir: hal-hazırda mağaza istifadəçilərinə 2019-cu illə müqayisədə 500% daha çox oyun təqdim olunub. Huawei cihazlarının sahibləri indi AFK Arena, Asphalt 9: Legends, Clash of Kings və daha bir çox məşhur mobil oyunlarını yükləyə bilər.
“2020-ci ilin yekunları AppGallery-nin daimi inkişafı və qlobal tətbiqlər mağazası kimi mövqeyinin möhkəmləndiyinə dəlalət edir. 2019-cu ilin sonunda dünyanın 25 ölkəsində AppGallery istifadəçilərinin sayı 1 milyondan artıq idi, 2020-ci ilin sonunda isə bu ölkələrin sayı 42-yə çatdı. Biz Avropa, Latın Amerikası, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika bazarlarında inamlı artım müşahidə edirik”, – deyə Huawei Consumer Business Group-un qlobal tərəfdaşlıq və ekosistem biznesinin inkişafı üzrə direktoru cənab Çjan Çje qeyd edib.
“HMS (HUAWEI Mobile Services) Core dəstəkləyən tətbiqlərin sayı bir il ərzində, demək olar, iki dəfə çoxalıb, bu isə onu göstərir ki, daha yaxşı istifadəçi təcrübəsinin təmin olunması üçün Huawei imkanlarından istifadə edən tərtibatçıların sayı artmaqdadır”, – deyə o əlavə edib.
AppGallery-nin “Global+Local” strategiyası yerli tərtibatçılara dünya bazarına çıxmağa kömək edir. AppGallery diqqətini yerli və qlobal səviyyədə tərtibatçılarla qarşılıqlı əlaqəyə cəmləyib. Beləliklə, mağaza istifadəçilərə daha uyğun tətbiqlər təklif edir, platformadakı tərtibatçıların sayını artırır və bütün dünyada istehlakçılar üçün seçim imkanlarını genişləndirir. Həm ayrı ölkənin auditoriyasına, həm platformanın artmaqda olan qlobal auditoriyasına çıxış əldə etmək məqsədilə AppGallery-də qeydiyyatdan keçən tərtibatçıların sayı artmaqdadır. AppGallery isə öz növbəsində mağaza istifadəçilərinə ən aktual tətbiqləri təklif edir.
AppGallery - Huawei mobil servisləri bazasında innovativ ekosistemdir. HMS Core işin rahatlığı və fasiləsizliyini təmin edərək, tətbiqləri müxtəlif qurğulara inteqrasiya etməyə imkan verir. Bu, Huawei-in daha geniş “1 + 8 + N” strategiyasının bir hissəsidir.
AppGallery şəxsi məlumatların mühafizəsi və təhlükəsizliyə xüsusi diqqət yetirərək istifadəçilərə unikal imkanlar təqdim edir. AppGallery interfeysində oyun, naviqasiya, nəqliyyat, xəbərlər, sosial şəbəkələr və daha bir çox olmaqla, 18 kateqoriyadan tətbiqlər mövcuddur. AppGallery artıq 170-dən çox ölkədə istifadəyə verilib və ayda 530 mln-dan artıq aktiv istifadəçiyə xidmət göstərir. 2020-ci ildə platformaya 2,3 mln tərtibatçı qoşulub, tətbiq yükləmələrinin ümumi sayı isə 384,4 mlrd-a çatıb.
Xatırladaq ki, AppGallery tətbiqlər mağazası “Huawei” şirkətinin rəsmi platformasıdır. 170-dən çox ölkədə istifadəyə verilib və ayda 530 mln aktiv istifadəçiyə xidmət göstərir. Bu platforma dünyada işə salındığı andan 2,3 mln tərtibatçı ona qoşulub və HMS Core dəstəkləyən 120 min. tətbiq inteqrasiya olunub.
AppGallery interfeysində oyun, avtomobil, biznes, uşaq, yemək və içkilər, sağlamlıq və idman, alətlər, naviqasiya və nəqliyyat, xəbərlər və oxu, təhsil, şəxsi mövzular, səyahət, əyləncə, sosial, həyat tərzi, maliyyə, foto və video, alış-veriş olmaqla 18 kateqoriyadan tətbiqlər mövcuddur.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...