2017-ci ildə 34 rayonda yol çəkilib - FOTO

18
yan
2018
18:47
2017-ci il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “40 yol layihəsi” çərçivəsində 52 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi uğurla başa çatdırılıb.Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, dövlət başçısı tərəfindən imzalanmış Sərəncamlara uyğun olaraq, 14 respublika əhəmiyyətli (373.9 km), 42 yerli əhəmiyyətli - kəndlərarası (863.2 km), Bakı şəhərinin 10 qəsəbələrarası avtomobil yolu (98 km) layihələri, Şəkidə 1 körpünün bərpası və Zaqatalada 1 piyada keçidinin tikintisi layihəsi üzrə ümumilikdə respublikanın 34 rayonunda 68 layihənin tikintisi və yenidənqurması işləri başa çatdırılıb. Bu layihələrin həyata keçirilməsi, 2.1 milyon nəfər əhalinin yaşadığı 651 yaşayış məntəqəsini (Bakı şəhəri üzrə 28 yaşayış məntəqəsi) əhatə edərək rahat avtomobil yollarından istifadə edilməklə tədarük edilən kənd təsərrüfatı məhsullarının qısa vaxt ərzində istənilən ünvana çatdırılmasına imkan yaradıb.BAKU.WS










Oxşar xəbərlər
Saatlıda yol tikintisinə 700 min manat ayrılıb
Prezident İlham Əliyev yanvarın 5-də “Saatlı rayonunun Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayı...