200 min manat mənimsəyən sabiq direktor kassasiya şikayəti verib

200 min manat mənimsəyən sabiq direktor kassasiya şikayəti verib
Sosial 34

Paytaxtın Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılır.

İttihama görə, Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Dövlət Sığorta Agentliyinə 200 min manatdan çox maddi ziyan vurub.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunub.

İş üzrə Dövlət Sığorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Qasımov 7 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

Ali Məhkəmədə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb. İndi isə həmin instansiyaya təkrar şikayət verilib.

Son xəbərlər