2 yaşlı Ümüd üçün geri sayım başladı - 35 min lazımdır (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
2 yaşlı Ümüd 4-cü dərəcəli eşitmə qüsurludur.
BAKU.WS-in məlumatına görə, dünyaya göz açandan səs-küyə həsrət qalan balaca bir gün hər kəs kimi eşidəcəyinə ümid edir.
Ümüdün atası Ceyhun deyir ki, 11 həkim yanın gedib. Bakıda bütün imkanlardan istifadə edərək övladının xəstəliyinə çarə tapmağa çalışıb:
"Oğlumun indidən eşitməyi vacibdir. Çünki qüsur ortadan qaldırılmasa, 3 yaşını ötəndən sonra bu problem oğlunun nitqinə də təsir edəcək. Səhiyyə Nazirliyinə də müraciət etmişik və Ümüd qeydiyyata alınıb. Oğlumun xəstəliyi sinirlə bağlı olduğu üçün müalicə mümkün deyil. Əməliyyat üçün isə 35 min manat vəsait lazımdır".
Cəbrayıl rayonundan olan məcbur köçkün övladının əməliyyatı üçün yetərincə maddi imkanın olmadığını deyir: "Hazırda 224 nömrəli dövlət bağçasında yaşayırıq. Gözümün ağı-qarası bir balam var. İmkanı olan şəxslərdən övladıma köməklik etməsini xahiş edirəm".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda faciə: 7 yaşlı uşağın beyni quruya bilər (FOTO, VİDEO)
7 yaşlı İlfanın bir gözü yoxdur, digəri isə tutulmaq təhlükəsi ilə üzləşib. İlfan Mustafayev dünyaya göz açarkən beynində qan sızması yaranıb. Həkimlərin diaqno...