Nazirlikdən 100 manat cərimə məsələsinə aydınlıq gətirildi

Nazirlikdən 100 manat cərimə məsələsinə aydınlıq gətirildi
Sosial 2632

Vergilər Nazirliyinin mətbuat xidmətindən vergi ödəyicilərinin SMS-lərin oxunmamasına 100 manat məbləğində cərimə tətbiq ediləcəyi barədə xəbərə açıqlama gətirilib.

Vergilər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu məlumat yanlışdır. 

"Dünəndən etibarən bir sıra kütləvi informasiya vasitələrində belə bir məlumat yayılmaqdadır ki, Vergilər Nazirliyinin vergi ödəyicilərinə göndəridiyi SMS-lərin oxunmamasına görə vergi ödəyicilərinə 100 manat məbləğində cərimə tətbiq ediləcək. Bu yanlış informasiyadır, belə bir şey yoxdur", - deyə məlumatda deyilir. 

Onu da qeyd edək ki, dünən bir sıra KİV-də "oxucuların redaksiyamıza etdikləri müraciətlərə cavab olaraq VN-dən bildiriblər ki, Vergilər Nazirliyinin saytından vergi ödəyicilərinə daxil olan virtual məlumatlara, həmçinin bu məlumatların oxunmaması ilə bağlı SMS-lərə 10 iş günü ərzində reaksiya verməyən vergi ödəyicilərinə 100 manat məbləğində cərimə tətbiq ediləcək" kimi xəbərlər yayılmışdı. 

BAKU.WS

Son xəbərlər