Müğənni Rəqsanə 104 min manat cərimələndi
23
dek
2015
14:59
Vergilər Nazirliyi müğənni Rəqsanə İsmayılovanı 104 min manat məbləğində cərimələyib.
BAKU.WS məlumat verir ki, bu barədə Lent.az-a açıqlamasında müğənni özü məlumat verib. O, bildirib ki, bu cərimə 3 ay ərzində yazılıb:
"Hazırda Moskvadayam. Vergilər Nazirliyi tərəfindən 3 aya 104 min cərimə olunmuşam. Bütün məsələlərlə vəkilim məşğul olur. Vəkilimin araşdırması yekunlaşandan sonra mətbuata açıqlama verəcəyəm”.
Qeyd edək ki, ötən gün Vergilər Nazirliyi şou-biznesin bir çox tanınmış nümayəndəsinin vergi borcu ilə bağlı məlumat yayıb.
BAKU.WS
Oxşar xəbərlər
Vergilər Nazirliyi müğənniləri cərimələdi (10, 20 və 30 min)
Bu gün müğənnilərin əksəriyyəti Vergilər Nazirliyinə dəvət olunub. BAKU.WS məlumat verir ki, müğənnilər vergiləri vaxtlı-vaxtında ödəmədiyi üçün nazirlik onlar...