Bakıda 10 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 7-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Oxşar xəbərlər
Balakəndə stomatoloqlardan hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıblar
Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Balakən Rayon Pol...