Bakıda manat qıtlığı yaşanır: Mərkəzi Bankın anbarları isə dolub daşır

Bakıda manat qıtlığı yaşanır: Mərkəzi Bankın anbarları isə dolub daşır
Sosial 1402

Bakıda bir çox mağaza və supermarketlərdə alış-veriş kəskin şəkildə azalıb. Bu səbəbdən də, dükanlarda xırda pul qıtlığı yaşanır.

Bu qənaətə BAKU.WS olaraq kiçik araşdırma apardıqdan sonra gəldik. Günorta saatlarında 50 manatı xırdalatmaq üçün bir çox obyektə müraciət etdik. Şəhərin mərkəzindəki 20-yə yaxın mağaza, supermarketlərdə 50 manata xırda tapılmadı. Hətta bir neçə aptek və dönərxanaya da müraciət etdik. Baxmayaraq ki, saat 14:00 idi hələ də müraciət etdiyimiz mağazalarda xırda pul qıtlığı yaşanırdı. Çünki hər bir supermarketdə aldığımız 3-4 manatlıq malın müqabilində 50 manatın qalığını qaytarmaq imkanı olmurdu. Yalnız sərnişin avtobusunun sürücüsü 50 manatı xırdalamaq üçün pul tapdı.

Ekspertlər də, son günlər şəhərdə manat qıtlığının yaşandığını bildirirlər. Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyev BAKU.WS-ə açıqlamasında bunu devalvasiya ilə əlaqələndirdi. Onun sözlərinə görə, hazırda əhalidə manata olan etibar azalıb. "Əhali çalışır ki, maksimum dərəcədə xərclərini azaltsın. Artıq xərclərdən çəkinirlər. Çalışırlar ki, əllərində olan manatı xarici valyutaya, ələlxsus da ABŞ dollarına çevirsinlər. Bu səbəbdən də, ticarət obyektlərində pul qıtlığı yaşanır”, - deyə Oqtay Haqverdiyev bildirdi.

Qeyd edək ki, əhali əlində olan pulu manatda saxlamaq əvəzinə, ABŞ dollarına çevirir. Nəticədə dövriyyətə olan Azərbaycan manatı Mərkəzi Bankın anbarlarına yığılır. Əhali əlindəki pulu manatla saxlamağı risk kimi qəbul edir və xarici valyutaya daha çox üstünlük verir.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Samir Əliyev: "Manatın devalvasiyası qaçılmazdır"

Samir Əliyev: "Manatın devalvasiyası qaçılmazdır"

"Noyabrda dünya valyutası digər əsas valyutalara münasibətdə möhkəmlənməyə başladı. Bunun təsiri manata da çatdı. Ancaq digər valyutalardan fərqli olaraq manat...

1859 İqtisadiyyat 11:42 03 dekabr 2015

Son xəbərlər