Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır
Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrində əksini tapıb.
Beləliklə, gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 15 manat artırılaraq 300 manat olacaq.
Qeyd edək ki, 2025-ci ildə yaşayış minimumu və ehtiyac meyarı 285 manat olub.
Oxşar xəbərlər
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı Hacıbaba Babayev sentyabrın 29-da kollektivə təqdim olunub. BAKU.WS xəbər verir ki, mərasim Azərbaycan Prezidenti...