AZAL aviabiletlərin qiymətini aşağı salacaq

AZAL aviabiletlərin qiymətini aşağı salacaq
Sosial 931

Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq, dekabrın 23-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

AZAL-ın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycanın hava limanlarından olan uçuşlara aviabiletlərin qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.

30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabiletlərin qiymətinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.

Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər