Devalvasiyadan sonra ilk zərbə - Təyyarə biletlərin qiyməti qalxdı
Azərbaycanda xaricə aviabiletlər 48% bahalaşıb. Bu gün Azərbaycanda baş verən milli valyutanın devalvasiyası nəticəsində "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin həyata keçirdiyi aviareyslərə biletlərin qiyməti manat ekvivalentində adekvat səviyyədə bahalaşıb.
BAKU.WS-in məlumatına görə, AZAL-dan "Report”a bildirilib ki, avro ekvivalentində aviabiletlərin qiyməti dəyişməz qalıb: "Lakin Azərbaycan ərazisində bütün hesablaşmalar milli valyuta ilə həyata keçirilməli olduğundan, biletlərin qiyməti IATA-nın şərtlərinə əsasən, Azərbaycan Mərkəzi Bankının avronun rəsmi məzənnəsinə uyğun ödəniləcək. Ölkə daxilində aviadaşımaların tarifləri Tarif Şurası tərəfindən müəyyənləşdirilir və hazırda əvvəlki qiymətlər dəyişməz qalıb”. Qeyd edək ki, 2006-ci ildən başlayaraq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) reqlamentinə əsasən, Azərbaycandan beynəlxalq uçuşları yerinə yetirən aviadaşıyıcıların qiymət siyasəti, bütün qarşılıqlı hesablaşmalar vahid Avropa valyutası - avro ilə həyata keçirilir. Avro ilə hesablaşmalar üzrə bu tələb postsovet məkanının digər ölkələri - Rusiya, Gürcüstan, Belarus və digər ölkələrə də aiddir. Xatırladaq ki, bü gün Azərbaycan manatı son 10 ay ərzində ikinci dəfə devalvasiya olunub. Bununla da milli valyutanın hesabat dövründə ümumi devalvasiyası 98% təşkil edib. Nəticədə bu gün Mərkəzi Bank 1 dolların məzənnəsini 1,55 manat (+47,63%), avronun məzənnəsini isə 1,6850 manat (+47,88%) səviyyəsində müəyyənləşdirib. BAKU.WS
Oxşar xəbərlər
AZAL-dan azərbaycanlılara Yeni il müjdəsi
"Azərbaycan Hava Yolları” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində beynəlxalq uçuşlara endirim elan edir. AZAL-dan BAKU.WS-ə verilən mə...