1986-cı ildən dəyişməyən mənzərə: Oğuzda 14 kilometrlik kənd yolu bərbad vəziyyətdədir

1986-cı ildən dəyişməyən mənzərə: Oğuzda 14 kilometrlik kənd yolu bərbad vəziyyətdədir
Video
Sosial 20

Oğuz rayonunun təxminən 3 min nəfərə yaxın əhalisinin yaşadığı Padar kəndində yollar uzun illərdir əsaslı təmir olunmadığından bərbad vəziyyətə düşüb.

Sakinlərin sözlərinə görə, kənddaxili yolların ümumi uzunluğu təxminən 14 kilometrdir.

"Vəziyyətimiz budur, suyun içindəyik. Ölüsü olan qəbiristanlığa belə gedə bilmir. 1986-cı ildən bu küçədə yaşayıram, elə o vaxtdan yollar bu vəziyyətdədir", - deyə sakinlərdən biri bildirib.

"Bu yolla gedib-gələ bilmirik. 62 yaşım var, suyun içində hərəkət etmək mümkün deyil, körpə uşaq necə hərəkət etsin?! Baxan yoxdur. Təkcə bu küçə deyil, kəndin bütün ara yolları bu vəziyyətdədir. Qonaqlar da söyə-söyə gəlirlər", - başqa bir sakin qeyd edib.

Məsələ ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, Padar kəndinin mərkəzi yolu dövlət tərəfindən asfaltlanıb: "Kənd məktəbinin qarşısından Çayqıraq məhəlləsinə gedən yol isə qum-çınqıl tökülərək qreyderlə təmir edilib. Vətəndaşların vergi borclarını ödəməməsinə görə bələdiyyənin hesabı əvvəlki illərdə bağlanıb, bu da yolun tam təmirini mümkünsüz edib. Hazırda Padar bələdiyyəsi fəaliyyət göstərmir. Gələcəkdə yeni bələdiyyə yaradıldıqdan sonra kənddaxili yolların təmiri nəzərə alınacaq".

Son xəbərlər