SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

16 sentyabr tarixində "Apple" yeni İOS sistemini istifadəyə verib.
 
BAKU.WS-in məlumatına görə, yeni iOS 9 əməliyyat sistemi yeni imkanlar və funksiyalarla doludur. Onlardan bəziləri haqqında hələ şirkət nümayiş zamanı açıqla vermişdi. Ancaq yeni İOS sistemlə bağlı digər bilinməyənləri biz sizə təqdim edirik. 
 
Batareyanın necə istifadə olunduğu rəqəmlərlə göstərilir. Statistikaya baxmaqla hansı proqramın mobil telefonun enerjini daha çox istifadə etdiyini bilmək olur. 

Yeni sistemdə "iCloud Drive" daha funksional olub — indi burada bütün fayllarla iş üçün xüsusi proqram var.

Tənzimləmələrdə axtarış həyata keçirilir — sadəcə parametrin arzu olunan adını daxil edin.

Şəkili bağlamaq üçün bir barmaq hərəkəti kifayət edir — sadəcə "Foto" əlavəsində şəkili aşağı endirmək lazımdır. 
 

 

Klaviaturada kiçik hərflər var. Hərfləri böyütmək üçün Shift-i sıxmaq lazımdır.
 
Kiçik hərflər funksiyasını ləğv etmək üçün klaviatura üçün universal giriş menyusuna girmək və "Klavişlər" rejimində dəyişiklik etmək lazımdır. 
 
Bütün şəkilləri tez gözdən keçirmək artıq daha asandır. "Foto" əlavəsində təsvirlər lentində barmağınızı sağa-sola çevirmək bunun üçün kifayət edir.
 
Yeni sistemdə əvvəlki proqrama qayıtmaq olar — sol yuxarında bunun üçün xüsusi düymə var.

"Foto" əlavəsində bir neçə şəkili gizlətmək mümkündür. Bunun üçün lazımi təsvirləri seçmək və paneli bölüşdürmək lazımdır. 
 
ŞAHİN Həbibov
BAKU.WS