190 nəfərlik qonağa görə toy sahibi cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində rayonun Qara Nuru kəndində yerləşən “Komfort” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı 140 nəfərin “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq, məclisdə 190 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.
Aşkarlanan pozuntularla bağlı həmin sarayın inzibatçısı İsmətəli Mirzəyev və toy sahibi Vidadi Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb.
Oxşar xəbərlər
“Sevinc”, “İmperator”, “Ağ Çiçəyim” daxil 11 şadlıq evində nöqsanlar aşkarlandı - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronaviru...