190 manatı yalnız belə ala bilərsiniz - ƏHALİYƏ VACİB MƏLUMAT

190 manatı yalnız belə ala bilərsiniz - ƏHALİYƏ VACİB MƏLUMAT
Sosial 7432

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az portalında hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müracət” bölməsinə daxil olaraq işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir.

Son xəbərlər