Laçında bir tondan artıq çətənə kolu məhv edilib - FOTO

Laçında bir tondan artıq çətənə kolu məhv edilib - FOTO
Sosial 126

Laçın rayonunun Zabux qəsəbəsində çəkisi 1 ton 250 kiloqram olan çətənə kolu məhv edilib.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Zabux qəsəbəsinin ərazisində, eyniadlı çayın sahilində çətənə bitkiləri aşkar edilib.

Qeyd olunan ərazidə yabanı halda bitən çəkisi 1 ton 250 kiloqram olan 2850 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Oxşar xəbərlər

"Qara maskalılar"dan 225 milyonluq MƏHVETMƏ ƏMƏLİYYATI - VİDEO

"Qara maskalılar"dan 225 milyonluq MƏHVETMƏ ƏMƏLİYYATI - VİDEO

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş dörd tondan çox müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları aprelin 26-da Sabunçu r...

420 Sosial 07:31 27 aprel 2023

Son xəbərlər