Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbçiləri Türkiyədə kurs keçiblər - FOTO

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup hərbi qulluqçusu Türkiyədə Jandarma Baş Komandanlığının Jandarma Logistika, Texniki və Köməkçi Şöbələr Təhsil Mərkəzi tərəfindən təşkil edilən kurslarda iştirak edib.
Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin 6 əməkdaşı Ankara şəhərində təşkil olunmuş kurslarda tədrisi uğurla başa vuraraq xidməti yerlərinə qayıdıb. Əməkdaşlar tədris müddətində bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə yanaşı, kurslarda Azərbaycan tarixi haqqında geniş təqdimatlar veriblər.
Kursun yekununda əməkdaşlara təlim-tədris prosesini uğurla bitirmələri barədə sertifikatlar təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
Dövlət Agentliyinin rəsmisi: “Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik” - MÜSAHİBƏ
“Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər”. BAKU.WS xəbər verir ki, bunu apa-ya müsahibəsində Peş...
