SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəki rayonunun Qudula kənd orta məktəbində bir daha əlavə əsaslı təmizlik işləri aparıldıqdan sonra tədris bərpa olunub.

BAKU.WS xəbər verir ki, bu barədə apa-ya Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, artıq ötən gündən sözügedən məktəbdə tədris davam edir.

Qeyd edək ki, mayın 23-də günorta saatlarında Şəki rayonunun Qudula kənd tam orta məktəbinin şagird və işçi heyəti arasında allergiya halları qeydə alınmış, 3 müəllim və 24 şagird olmaqla ümumilikdə 27 nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. İlkin araşdırmalara görə, zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olmuşdu.

BAKU.WS