SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) artıq ilk layihəsinin icrasına başlayıb. Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, "MİDA” MMC-nin sifarişi ilə çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksi Bakı şəhəri, Yasamal rayonu, dairəvi avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə salınacaq.

Qeyd edək ki, həmin yaşayış kompleksi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə salınır.
 
BAKU.WS