VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün səhər saatlarında Bakıda böyük tıxac yaranıb.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, "Koroğlu” metrosu istiqamətindən "20 yanvar” metro stansiyasına gedən yolda Ziya Bünyadov prospektində yol bağlandığı üçün tıxac yaranıb.

Bildirilir ki, körpünün altında qəza olduğu üçün yol bağlanıb. Lakin sonradan problem aradan qaldırılıb və yol açılıb.

Qurumdan həmçinin bildirdilər ki, hazırda şəhər yollarında dəhşətli tıxac müşahidə olunmur. Sadəcə Ziya Bünyadov, Azadlıq prospektləri və Eldar Babayev küçəsində avtomobil sıxlığı müşahidə olunur. Sıxlıq Karl Marks ərazisindədir. Qalan yerlərdə maşınlar rahat hərəkət edə bilirlər.

Ziya Səccad
BAKU.WS