SİZİN REKLAM BURADA!
055 213 76 73


"Yeni stansiyanın inşaası ilə bağlı İşlər öz axarı ilə gedir. Dördüncü səviyyədə işlər davam edir. Tunellərdə də infrastrukturun qurulması ilə bağlı işlər aparılır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qurum rəsmisi əlavə edib ki, şərti adı "B-4" olan stansiyanın 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb: "Əgər inşaat işləri öz planı ilə getsə və qeyri-adi heç nə baş verməzsə, təhvil verilmə prosesində problem olmayacaq".

Orxan Hüseyn
BAKU.WS