UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu
09
may
2025
15:15
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu üçün səsvermə başa çatıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, mükafatı "İnter"in qapıçısı Yann Sommer qazanıb.
Sommer səsvermədə PSJ-nin müdafiəçisi Aşraf Hakimini qabaqlayıb.
Qeyd edək ki, isveçrəli qolkiper "Barselona" ilə yarımfinal mərhələsinin cavab oyununda (4:3) 5-i cərimə meydançası daxilində olmaqla 7 seyv edib.
Xatırladaq ki, Çempionlar Liqasının finalında "İnter" və PSJ üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Münhendəki stadionda baş tutacaq.
Oxşar xəbərlər
Mirça Luçesku xəstəxanaya yerləşdirilib
Rumıniya yığmasının baş məşqçisi Mirça Luçesku millinin məşqi zamanı huşunu itirdikdən sonra təcili olaraq xəstəxanaya yerləşdirilib. BAKU.WS xəbər verir ki, bu...