Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu TƏYİN ETDİ
09
may
2025
15:04
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) Şabran rayonu üzrə 3 nömrəli Yol İstismar İdarəsinin rəisi Rafiq Kərimov vəzifəsindən azad olunub.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən müvafiq əmr imzalanıb.
Agentlik sədrinin digər əmrinə əsasən, həmin vəzifəyə Elməddin Rafiq oğlu Kərimov təyin edilib.
Qeyd edək ki, Elməddin Kərimov işdən azad edilən Rafiq Kərimovun oğludur.
Oxşar xəbərlər
Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto
Səyahət planlaşdıranların bəziləri daha rahat və sərfəli seçim kimi turizm şirkətlərinin təqdim etdiyi hazır paketlərə üstünlük verir. Adətən belə paketlər sə...