Meyxananın şiri Rəşad Dağlıdırsa, çaqqalı kimdir? - VİDEO

“Qadın şair, yazıçı, bəstəkar ola bilər. Amma meyxanaçı olmasını başa düşə bilmirəm”.
Bunu Baku TV-də yayımlanan “13 sual” verilişində meyxanaçı Orxan Lökbatanlı deyib.
O, qadının gecə saatlarında toyda meyxana deməyini düzgün hesab etmədiyini vurğulayıb.
Meyxanaçı ölkənin müxtəlif bölgələrindən olan sakinlərin onun modellə yayılan şəkli, Oktay Kamillə arasında soyuqluq olub-olmaması ilə bağlı suallarına aydınlıq gətirib.
O.Lökbatanlı verilişin aparıcısının, “Meyxananın şiri Rəşad Dağlıdırsa, çaqqalı kimdir?”, - sualına isə, “Şiri tanıyan adamın çaqqalla nə işi var?!”, - deyə cavab verib.
Oxşar xəbərlər
AQTA: "38 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 37 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...
