SİZİN REKLAM BURADA!
055 213 76 73


İdxal edilən pomidor toxumunda zərərli orqanizm aşkarlanıb.

BAKU.WS AQTA-ya istinadən xəbər verir ki, idxalatçı şirkətin müraciəti əsasında Türkiyə Respublikasından idxal olunan “Azilaqro” MMC-yə məxsus 50 qram pomidor toxumundan AQTA əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində qonurqırışıqlıq virusu aşkarlanıb.

Məlumata görə, faktla bağlı karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş toxum barədə məhsulların zərərsizləşdirilməsi, məhv edilməsi və ya geri qaytarılması barədə qərarlar qəbul olunub, məhsul partiyası məhv edilib.

BAKU.WS