SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Xətai rayonu ərazisində yerləşən “Ayşənim” uşaq bağçasında Pərvanə adlı tərbiyəçinin uşağa yemək yedizdirən zaman kobudluq etməsi barədə görüntülərə qarşı bağça tərəfindən reaksiya verilib.

Bağçanın rəhbər şəxslərindən olan Gülşən Əsədova BAKU.WS-ə bildirib ki, əslində tərbiyəçinin azyaşlıya qarşı kobudluq etmək niyyəti olmayıb:

"Pərvanə müəllimin 4 illik təcrübəsi var. Bizim bağçada isə iki ildən çoxdur çalışır. Onun bu illər ərzində hər hansı uşağa qarşı kobudluq etməsi və ya zorakılıq göstərməsi halı baş verməyib. Həmin görüntülərdə də uşağa qarşı möhkəm vurulma halı yoxdur.

Bütün qrupun uşaqları həmin Pərvin müəllimə "nənə" deyə müraciət edirlər. Azyaşlılar onu sanki öz nənəsi bilirlər. Uşaqlar onu çox istəyirlər.

Bu məsələ ilə bağlı şənbə günü iclas olacaq və tərəflərin iştirakı ilə problemlə bağlı müzakirə aparılacaq. Müəllimlə bağlı yekun qərar da iclasda  veriləcək".

***10:16

Bakıda bağçaların birində azyaşlıya qarşı kobudluq qeydə alınıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Azyaşlının valideyni redaksiyamıza bildirib ki, övladına qarşı tərbiyəçi tərəfindən kobudluq edilib. Belə ki, azyaşlıya bağçada zorla yemək verilib. Həmçinin uşağın əlinə yüngül zərbələr endirilib.

Görüntüləri olduğu kimi təqdim edirik:

Orxan Hüseyn
BAKU.WS
VİDEO