SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda istehsal olunan "Candy” şokalandlarından qurd çıxıb. 

Bu barədə BAKU.WS Xəzər televiziyasına istinadən xəbər verir. Məlumata görə, sakinlərdən biri mağazadan konfet alıb. Evə apardıqda isə konfetləri qurdlu olduğunu görüb. Mağazadan isə bildirilib ki, malın istifadə müddəti bitməyib və saxlanma şəraiti standartlara uyğun olub.

Məsələ ilə bağlı konfeti istehsal edən firmadan heç bir açıqlama verilməyib.

İqtisadiyyat Nazirliyindən isə bildirilib ki,bu konfetlərin ya istifadə müddəti bitib, yada saxlanma şəraiti düzgün olmayıb. Bu cür kiloqramla satılan məhsullarda istehsal tarixi və istifadə müddəti konfetin yox, qutunun üzərində olur. Orada məhsulu istehsal edən firma barədə məlumatlar da tam şəkildə əks olunmalıdır. Əgər məhsul zay çıxarsa, qəbzlə birlikdə mağazaya təqdim edilməlidir. Satıcı da məhsulu təhvil götürərək pulu qaytarmalıdır. Əgər hər hansı bir mağazada məhsulu qaytarmaqdan imtina edilərsə, müştəri bu barədə İqtisadiyyat Nazirliyinin 195-2 çağrı mərkəzinə müraciət edərək hüquqlarını bərpa edə bilər.

BAKU.WS