SİZİN REKLAM BURADA!
055 213 76 73


“İqtisadi baxımdan inkişaf etmiş ölkələr COVID-19 pandemiyasından sonra daha yaxşı bərpa olunublar”.

"Report" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin martın 9-da işə başlayacaq X Qlobal Bakı Forumu ərəfəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il forumda müxtəlif aktual məsələlər müzakirə olunacaq, müxtəlif sahələr üzrə ekspertlər panel müzakirələrdə iştirak edəcəklər: “Xüsusilə, bu gün seçim qarşısında qalan dünyanın qloballaşması və gələcək inkişafı, bölünmüş dünyada dayanıqlılıq, bəşəriyyət üçün əsas təhlükələr və digər məsələr müzakirə olunacaq”.

İ.Serageldin vurğulayıb ki, Bakı Forumu dünyanın aktual problemlərinin müzakirəsi üçün əsas platformaya çevrilib.

O, əlavə edib ki, son vaxtlar baş verən beynəlxalq hadisələr, xüsusən də Ukraynadakı müharibə dünyada sülhün bərqərar olmasına təhdid yaradır.

BAKU.WS