SİZİN REKLAM BURADA!
055 213 76 73


Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanında yerləşən yataqxana tipli yaşayış binasının söküləcəyi ilə bağlı material dərc edildikdən sonra həmin binanın sakinləri redaksiyamıza müraciət edib.

Sakinlər BAKU.WS-ə müraciətləri zamanı onlara təklif edilən 2 min manatlıq kompensasiya məbləği ilə razılaşmadıqlarını bildiriblər.

Onlar, həmçinin müvafiq qurumlara şikayət məktubu ünvanladıqlarını da qeyd ediblər.

***14:25

Bakının Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binadan insanların köçürülməsinə başlanılıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, söhbət Mayakovski küçəsi 15 ünvanında yerləşən binadan gedir.

Belə ki, sakinlərə söküləcək mənzilləri müqabilində kompensasiyalar təklif olunub. Sakinlərə verilən kompensasiya məbləği 2 min AZN-dir.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib ki, Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanında yerləşən yataqxana tipli yaşayış binası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq aktına əsasən qəzalı vəziyyətdədir.

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sözügedən yaşayış binasının sakinlərinin köçürülməsi üçün vəsait ayrılıb. Köçürülməsi nəzərdə tutulan sakinlərin mənzillərinin hər kv.m sahəsinə görə 2 000 AZN məbləğində birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulub", - deyə qurumdan əlavə edilib.

Orxan Hüseyn
BAKU.WS