BNA-dan qarla bağlı sürücülərə XƏBƏRDARLIQ

BNA-dan qarla bağlı sürücülərə XƏBƏRDARLIQ
Sosial 709

Bakı Nəqliyyat Agentliyi (BNA) fevralın 9-da gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlığa görə hərəkət iştirakçılarını müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

BAKU.WS xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

"Qarlı və şaxtalı hava şəraitində sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik. Həmçinin sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir", - BNA bildirir.

Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə almağa və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmağa çağrılıb. Ümumilikdə isə kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə edilir.

Oxşar xəbərlər

BNA-dan qarlı və şaxtalı hava ilə bağlı VACİB XƏBƏRDARLIQ

BNA-dan qarlı və şaxtalı hava ilə bağlı VACİB XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi (BNA) yanvarın 8-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığı nəzərə alaraq hərəkət iştirakç...

147 Sosial 11:17 07 yanvar 2023

Son xəbərlər