SİZİN REKLAM BURADA!
055 213 76 73


"TIR-ların gömrükdən fəlakət bölgəsinə getməsi uzun çəkəcək. Ötən gün 15 TIR yüklənib. Hazırda Babək prospekti tərəfdə də 4-5 TIR yüklənir. İndi buradakıları da TIR-lara yükləyib göndərəcəyik".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Bakıdakı yardım kampaniyasının təşkilatçısı Öndər Aksoy deyib.

Hazırda Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanan yardımlardan danışan Aksoy, artıq ikinci əl əşyaların gətirilməməsini, əvəzində quru qidaya ehtiyac olduğunu bildirib:

"Sizdən də xahiş eidrik işıqlandırasınız ki, artıq yardımlar Babək prosepektində yox, Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanır. Xahiş edirik ikinci əl əşyalar artıq gətirilməsin. Bizim quru qidaya daha çox ehtiyacımız var".

Natavan Hacıyeva, Foto: Təranə İbrahimova
BAKU.WS
VİDEO