Bakıda Türkiyə üçün qürurverici görüntü - Yardım gətirən insanların ardı-arası kəsilmir - FOTO

07
fev
2023
17:35
Azərbaycan xalqı Türkiyədə zəlzələ nəticəsində çarəsiz duruma düşən insanlara yardım etmək üçün səfərbər olub.
BAKU.WS-in məlumatına görə, yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır. Artıq yardımın sayı o qədər çoxdur ki, mebel mağazasının zirzəmisi dolub daşır.
İnsanlar yardımları mebel mağazası ilə üzbəüz yerləşən Babək körpüsünün altına yığırlar. İnsan selinin ardı-arası isə kəsilmir. İnsanlar yardım gətirməkdə davam edirlər.



Oxşar xəbərlər
AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...
