Paytaxtda böyük söküntü başlayır - Neçə bina söküləcək və nə qədər ailə köçürüləcək?

03
fev
2023
22:40
Bakıda ilkin mərhələdə söküləcək binaların sayı məlum olub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, 200-dək ailənin yaşadığı bu binaların sayı 900-dən minədəkdir.
Bununla bağlı xüsusi proqram da hazırlanıb. Söküntünün əhatə edəcəyi ərazilər əsasən paytaxtın Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail və digər rayonların ərazilərinə düşür.
İlkin mərhələdə köçürüləcək 200-dək ailənin Sovet dövründə ucaldılmış tikililərdə yaşadığı bildirilir. Söküləcək tikililər arasında həm fərdi evlər, həm 5, həm də doqquzmərtəbəli binalar olacaq.
Oxşar xəbərlər
Paytaxtda gözlənilən böyük söküntü
Əmlak ekspertinin qənaətincə, Bakı ərazisində 122 min binanın söküləcəyi inandırıcı deyil. Çünki hazırda Bakı və Abşeronda ümumilikdə 35-40 minə qədər çoxmənzil...
