Ordumuzun özünü güllələyən əsgəri dəfn edildi - FOTO

Bu gün Azərbaycan Ordusunun əsgərinin özünü güllələməsi barədə xəbər vermişdik.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, dünyasını dəyişən əsgər Əkram Salahov bu gün Ağstafa rayonunun Dağ Kəsəmən kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Qalereya
Oxşar xəbərlər
AQTA tanınmış qida obyektlərini cərimələyib - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra qida obyektlərini cərimələyib. Bu barədə BAKU.WS-ə AQTA-dan bildirilib. Belə ki, 15-19...