SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün səhər saatlarında Bakı şəhərinin Ziya Bünyadov prospektində (Ayna Sultanova körpüsü) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) BAKU.WS-ə verilən məlumata görə, hazırda Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi (Cavanşir körpüsü istiqamətində), Heydər Əliyev prospekti (Heydər Əliyev Mərkəzinə doğru, əsas və kənar yollar), habelə Ağa Neymətulla küçəsi ("N.Nərimanov" metro stansiyası istiqamətində), A.M.Şərifzadə küçəsi (Mətbuat prospekti istiqamətində) və Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, nisbi) sıxlıq yaranıb.
 
Azad Əliyev
BAKU.WS