13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Havalar soyuduqdan sonra bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə edilir.

BAKU.WS atv.az-a istinadən bildirir ki, məhsullarda 10 qəpik - 1 manat arası bahalaşma var. Məsələn, 50 qəpiyə satılan badımcan 70 qəpik, kələm 60 qəpik, pomidor 1 manat 50 qəpik, xiyar 1 manat, nar 2-3 manat, üzüm 2-3 manat, armud 1 manat 50 qəpik, yerkökü 1 manatdan təklif olunur.

Ekspertlər bildirir ki, bahalaşma mövsüm, eyni zamanda ixrac və idxaldan asılı olaraq dəyişir.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, indi bazarlarda müşahidə olunan qiymət artımı mövsümü xarekter daşıyır.
 
BAKU.WS