VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda keçirilən təsis iclasında, UNESCO və Avropa Şurasının dəstəyi ilə Beynəlxalq tematik filmlər Festivalları Komitəsi (CİNETOUR) yaradıldı.

BAKU.WS xəbər verir ki, "Cinetour”-un əsas məqsədi Tematik filmlər Festivallarını bir çətir altında birləşdirmək və onları təbliğ etməkdir.

Hazırda dünyada 20 mindən çox tematik filmlər Festivalları keçirilir, lakin bu günə qədər onları birləşdirən bir Komitə olmayıb.

Eyni zamanda, “Cinetour” Komitəsinin hədəflərindən ölkələr arasında mədəni əlaqələri möhkəmləndirmək, rejissorları, prodüsserləri, sənət adamlarını, kino və turizm mütəxəssislərini, müxtəlif Festivalları bir araya yığmaqdır.

Baş tutan təsis iclasında “Cinetour"-un Prezidenti Türkiyənin nümayəndəsi Can Saracoğlu, Baş direktoru isə İtaliya təmsilçisi Maurizio Aronica seçildilər.

Qeyd edək ki, Beynəlxalq “Cinetour” Komitəsinin 19 ölkədən olan 30 təsisçi sırasında Azərbaycan turizm blogerləri Assosiasiyasının sədri, tanınmış teleaparıcı və səyahət blogeri Azər Qərib də var.

BAKU.WS
QALEREYA