VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakıda və rayonlarda qanunsuz sərnişindaşınma ilə bağlı məsələyə münasibət bildirib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov danışıb.

Onun sözlərinə görə, qanunsuz sərnişindaşınma şəhərdaxili və regionlarda da var:

“Bunun kökündə icazə, tənzimlənmə sisteminin olmaması dayanır. Ən əsas məsələ taksi sürücülərinin fərqlənmə nişanını əldə etməmələridir.

Təəssüf ki, onların cüzi bir hissəsi bu nişanı alıb. Bakıda sərnişindaşıma ilə məşğul olan taksilərin təxminən 20 faizi xüsusi lisenziyaya malikdir”.

O qeyd edib ki, hazırda taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrinin də çoxu standartlara cavab vermir:

“Hər bir ölkədə icazə tələb olunur. Bu fəaliyyətlə məşğul olması üçün tələblər və qaydalar müəyyənləşir. Bir ildən artıqdır, bu məsələlərlə bağlı müzakirələr gedir. Bununla bağlı yaxın vaxtda layihə təqdim edəcəyik”.

BAKU.WS