DSX-nin Akademiyasında baş verən yanğında zərərçəkənlər evə buraxılıb

DSX-nin Akademiyasında baş verən yanğında zərərçəkənlər evə buraxılıb
Sosial 55

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğında zərərçəkənlər evə buraxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qurumun tabeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib: "Onlar ambulator müalicə üçün evə buraxılıblar".

Qeyd edək ki, yanğında 14 nəfər tüstüdən zəhərlənmişdi.

Son xəbərlər