12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Hər birimiz aptekdən sirop alarkən onun saxlanma müddətinə xüsusilə diqqət edirik. Əgər saxlanma müddətinə hələ varsa, deməli, ev şəraitində ondan uzun müddət istifadə etmək olar. Bəs bu yanaşma nə dərəcədə doğrudur? Belə olan halda biz hansı vacib məqamı gözdən qaçırırıq?

BAKU.WS-in məlumatına görə, tibb ekspertləri bildirir ki, siropların saxlanma müddəti qədər onun istifadəyə yararlılıq müddəti də həyati önəm daşıyır.

Belə ki bəzən valideynlər apteklərdən uşaqları üçün müəyyən siroplar (öskürək, immunitet, bəlğəm gətirici) alırlar. Onların üzərində saxlanma müddəti bir neçə il qeyd edilsə də, istifadəyə yararlılıq müddəti yazılmır. Valideyn isə bilmir ki, bu dərmanı hansı müddətə istifadə etsin ki, övladının sağlamlığına zərər vurmadan onu bu xəstəlikdən qurtara bilsin.

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən pediatr Aytən İsmayılzadə bildirib ki, əgər siropun üzərində onun istifadəyə yararlılıq, saxlanma müddəti qeyd edilməyibsə və kimyəvi tərkibli deyilsə, sözügedən preparatı uzun müddət istifadə etmək mümkündür:

“Əgər siroplar kimyəvi tərkiblidirsə, onları uzun müddət saxlamaq məsləhət deyil. Siropun üzərində istifadəyə yararlılıq və saxlama müddəti qeyd edilibsə, ona görə davranmaq lazımdır. Qeyd edilməyibsə, onu soyuducuda, sərin, yaxud da quru yerdə saxlamaq şərtilə uzun müddət istifadə edə bilərlər. Bunlara öskürək siropları və başqaları daxildir”.

Pediatrın sözlərinə görə, siropun istifadə müddəti 20 günü ötərsə və əvvəlki təsiri olmazsa, bu onun keyfiyyət müddətini başa vurması demək deyil:

“Ola bilər ki, onu qəbul edən uşaq həmin vaxt yüksək “İntoksikasiya” vəziyyətində olub. Bu isə o demək deyil ki, artıq sirop istifadəyə yararsızdır”.

Aytən İsmayılzadə onu da qeyd edib ki, siropun dibində çöküntü yaranarsa, dadı dəyişərsə: məsələn, şirin idi, acı olarsa, deməli, burada oksidləşmə gedir. Onda enerjinin təsirindən orada başqa maddələr yarandığından zəhərlənmə baş verə bilər.

Tibbi ekspert Rasif Bağırov isə BAKU.WS-ə açıqlaması zamanı siropların açıldığı vaxtdan bir ay ərzində istifadəsinin məsləhət olunduğunu deyib. Onun sözlərinə görə, bu dərmanların istifadəyə yararlılıq müddəti 20 günü ötərsə, zəhərləməyə deyil, başqa xəstəliklərə gətirib çıxara bilər:

“Belə ki, böyrəyində problem olan insanda böyrəyin fəaliyyətinə maneə törədə bilər. Əgər qaraciyərində ciddi xəstəlik varsa, onun funksiyasında pozğunluq yarada bilər”.

Rasif Bağırov valideynlərə məsləhətində bildirib ki, sirop seçimi zamanı mütləq onun barkodu (ştrixkodu) yoxlanılmalıdır. Əgər həmin preparatın sənədi varsa, orada bütün məlumatlar qeyd edilir. Bura istifadəyə yararlılıq müddəti və saxlanma müddəti də daxildir:

“Apteklərdə zavodlarda istehsal olunan siroplar satılır. Onlar səhiyyə nazirliyi tərəfindən yoxlanılaraq satışa təqdim edilir. Lakin bu gün ölkəyə qeyri-qanuni yollarla da dərmanlar daxil olur. Görürsən ki, keyfiyyəti aşağıdır. Onları mütləq yoxlamaq lazımdır. Bu zaman onların barkodu (ştrixkodu) yoxlanılır. Zavodda istehsal olunan siroplarda bütün inqrediyentlər yerində olur, amma sexlərdə istehsal olunanlarda belə deyil.

Valideynlərə məsləhətim, sirop seçimində mütləq onun barkodunu (ştrixkodunu) yoxlasınlar. Bu da ki mobil telefonlarda "QR kod" oxuyan proqramlarla mümkündür. Əgər "QR kod"la daxil olduqda dərmanın sənədinin olduğu yazılırsa, deməli, bu, zavodda istehsal olunan dərmandır. Yox əgər sənəd tapılmırsa, o, sexdə, qeyri-qanuni yolla istehsal edilən siropdur. "QR kod"la tapılan sənəddə sirop haqqında bütün məlumatlar olur. Bu zaman valideyn o dərmanı hansı müddətə saxlaya bilər, ya da hansı müddətə istifadə edə bilər - bunlar barədə məlumatı olur”.

Zöhrə Pənahi
BAKU.WS [xfgiven_instagram3]
VİDEO
[/xfgiven_instagram3]