Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Suriya Prezidenti Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" portalı Almaniya hökumətinin nümayəndəsi Ştefan Korneliusa istinadən bildirib.
Onun sözlərinə görə, ilk səfəri çərçivəsində Suriya Prezidenti Almaniya Kansleri Fridrix Mertslə görüşəcək.
Əhməd əş-Şəraanın səfəri bu ilin yanvarına planlaşdırılsa da, Suriya tərəfi onun daha gec tarixə keçirilməsini xahiş etmişdi.
Portalın məlumatına görə, görüşdə suriyalı qaçqınların vətənə qayıtması məsələsi müzakirə olunacaq.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...